Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:02

Ticarət və Xidmət departamentinin işçisi saxlanıb


Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin məsləhətçisi Hüseyn İsmayılov saxlanılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

O, adı açıqlanmayan Bakı sakinin Baş prokuror ya¬nın¬da Korrupsiyaya qarşı mü¬barizə ida¬¬rəsinin «Qaynar xətt» əlaqə mər¬kəzinə etdiyi müraciətindən sonra saxlanılıb.

Məlumatda qeyd olunur ki, «aprelin 3-də idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Hüseyn İsmayılov həmin şəxsdən 300 manatı rüşvət kimi alarkən yaxalanıb. H. İsmayılovun üzərinə baxış keçirilərkən müxtəlif ticarət obyektlərinin adı göstərilən və qarşısında müəyyən məbləğlərdə pul vəsaitləri yazılmış qeydiyyat vərəqələri aşkar edilərək götürülüb».

Fakta görə Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG