Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:22

Quba hadisələrində mülki polis izi, «Eurovision»ı siyasiləşdirməyə çalışanlar...


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim yol» yazır ki, Qubanın sabiq «icra başçısının evini mülki geyimli polis yandırıb». Qəzet yazır ki, bu barədə məlumat «Quba-Xaçmaz bölgəsi üzrə insan hüquqları Resurs Mərkəzində hüquq müdafiəçilərinin keçirdiyi toplantıda səslənib».

«EUROVİSİON» VƏ BEYNƏLXALQ TƏŞKİLATLAR

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Bakıda aparılan quruculuq işlərini bəzi dairələr qərəzli şəkildə «Eurovision» a görə insanların mülkiyyət hüququnun pozulması kimi qiymətləndirirlər.

«Bundan başqa, ictimai asayişi pozan, qanunları tapdayan bəzi şəxslər «vicdan məhbusu» kimi təqdim edilərək ölkəmizə qarşı qərəzli kampaniya həyata keçirilir. Bir sözlə «Amnesty İnternational», «Human Rights Watch», «Sərhədsiz Reportyorlar» kimi beynəlxalq təşkilatlar, eləcə də ölkəmizdə fəaliyyət göstərən bəzi müxalifət partiyaları və QHT-lər bu əsassız iddiaları səsləndirməklə «Eurovision-2012» mahnı yarışmasını siyasiləşdirməyə çalışırlar.

«NAZİRLİKLƏR HƏRƏSİ BİR TƏRƏFƏ ÇƏKİR»

«Sovet dövründə nazirliklər bir-biri ilə sıx əlaqə saxlayır, əlbir işləyir, birlikdə fəaliyyət göstərərdilər. Bu da ümumi işin sürətlə irəli getməsini təmin edirdi. İndi belə iş üslubu yoxdur». Bu fikirləri «Azadlıq» qəzetinə müsahibəsində Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri Çingiz Fərəcov deyib.

«İ. Krılovun təmsilində olduğu kimi, hərə bir tərəfə çəkir».

İSA QƏMBƏRDƏN TƏKLİF

«Azərbaycan hazırda tükənmiş vəziyyətdədir». Bunu «Yeni Müsavat»a müsahibəsində Müsavat başqanı İsa Qəmbər deyib.

«Vəziyyətdən çıxış yolu yanlış xarici siyasətdən imtina edib dövlətin, xalqın maraqlarına əsaslanan kursu qəbul etməkdir».

SAHİBKARLARA ARTAN DƏSTƏK

«Azərbaycan» qəzeti sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyini yazır. Qəzetin yazdığına görə, «2011-ci ildə sahibkarlara Sahibkarlığa Kömək Milli Fondunun tarixində ilk dəfə ən yüksək həddə -138 milyon manat güzəştli kredit verilib. 2012-ci ildə isə sahibkarlara 200 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur».

TRANSXƏZƏRDƏN İMTİNA

«Exo» qəzeti yazır ki, «Azərbaycan Transxəzər boru kəmərinin çəkilişi layihəsində iştirak etmir». Qəzetin yazdığına görə, bunu aprelin 4-də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

«Amma o əlavə edib ki, Avropa Birliyi ilə Türkmənistan razılığa gəlsə biz fikirləşəcəyik».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG