Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:40

Freedom House Yuliya Timoşenkonun səhətindən narahatdır


Freedom House təşkilatı Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenkonun səhətindən narahatlıq bildirib.

Təşkilatın nümayəndələri çərşənbə günü Xarkov həbsxanasında Timoşenkoya baş çəkiblər.

Onlardan biri Deymon Damian Üillson deyir ki, Timoşenko dura, otura bilmirdi, onlarla yalnız yataqda uzanmış halda söhbət edib.

Həmçinin ukraynalı həkimlər bundan əvvəl Timoşenkonun müalicəyə ehtiyacı olduğunu bəyan ediblər.

Timoşenko hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalayarkən səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 7 il həbs cəzasına məhkum olunub.

Keçmiş baş nazir həbsinin siyasi motivli olduğunu deyir.
XS
SM
MD
LG