Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:38

Azərbaycanla Ukrayna arasında anlaşma Memorandumu imzalanıb


Bu gün Bakıda Azərbaycanla Ukrayna arasında işgüzar görüş keçirilib.

İqtisadi İnkişaf Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə hər iki tərəfdən kənd təsərrüfatı və qida sənayesi, energetika, maşınqayırma, rabitə və informasiya texnologiyaları, nəqliyyat, tikinti, neft emalı və digər sektorları təmsil edən 100-dən çox sahibkar iştirak edib.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib.

Sonda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Ukraynanın İnvestisiyalar və Milli layihələrin idarə edilməsi üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumda investisiyaların qarşılıqlı təşviqi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran yeni layihələrə və investisiya fəaliyyəti üzrə proqramlara aid qanunvericilik aktlarının, nəşrlərin mübadiləsi, Azərbaycan və Ukrayna iş adamları üçün işgüzar görüşlər, treninqlər və seminarların keçirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG