Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:24

Lavrov Suriya müxalifətinin qələbəsinə inanmır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətinin prezident Bashar Assad rejiminə sadiq qüvvələrə qalib gələ biləcəyinə inanmır.

O Azərbaycana səfəri zamanı bildirib ki, xarici ölkələr müxalifət qüvvələrini dişinədək silahlandırsa belə bu ölkədə qan tökülməsi illərlə uzana bilər.

Lavrovun sözlərinə görə Suriyadakı 2 müxalifət fraksiyasının nümayəndələri yaxın vaxtlarda Moskvaya gələcəklər.

İTAR-TASS-ın məlumatına görə isə Suriyanın xarici işlər naziri Valid Muallemin aprelin 10-da Moskvaya səfəri gözlənilir.
XS
SM
MD
LG