Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:51

Lənkəran balıqçılarının məhkəməsi başlandı


Aprelin 4-də Lənkəran şəhər Məhkəməsində balıqçıların işinə başlanıb.

Məhkəmənin sədri və hakimi Elçin Kazımov KİV nümayəndələrini məhkəmə iclasına buraxmamaq göstərişini verib. Məhkəməyə az sayda Nərimanabad sakini buraxılıb. İttiham olunanlar dövlət tərəfindən vəkillə təmin olunublar.

Ötən ilin dekabrın 15-də Lənkəranın Sarı adasında yerləşən 2-ci Nərimanabad qəsəbəsinin sakinləri sərhədçilərin dənizdə balıq ovuna qadağa qoymasına etiraz etmişdilər. Sərhədçilərlə sakinlər arasında qarşıdurma yaranmışdı. Qəsəbəyə daxili qoşun hissələri yeridilmişdi. Nəticədə sakinlərdən biri xəsarət alaraq xəstəxanaya düşmüşdü.

Qəsəbə sakinlərindən Kainat Abbasov, Fariz MəmiyevXalid Ələkbərov tutularaq barələrində həbs qətimkan tədbiri seçilmişdi. Onlar CM-nin 515.1(Hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə), 221.3 (xuliqanlıq) maddələri ilə təqsirli bilinirlər. Həbs edilənlərin yaxınları bu ittihamları rəd edirlər.
XS
SM
MD
LG