Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:12

Fransa polisi daha 10 nəfəri saxlayıb


Fransa polisi islamçı silahlılara qarşı növbəti reydlər keçirib. Azı 10 nəfər saxlanılıb. Əməliyyat əsasən ölkənin cənubunda və cənub qərbində keçirilib.

Oxşar axtarışlar nəticəsində keçən həftə 13 nəfər saxlanmışdı. Onlar terror fəaliyyətində ittiham olunmuşdular.

Polisin bu cür əməliyyatları Tuluza şəhərində Muhammed Meranın yəhudi məktəbinə və hərbçilərə hücumdan sonra artıb. Mera həmin hücumlarda 7 nəfəri güllələməkdə ittiham olunurdu.

Muhammed Mera polisin martın 22-də keçirdiyi əməliyyat nəticəsində öldürülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG