Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:23

Hüquq müdafiəçiləri Quba hadisələrini müzakirə edir


Quba
Quba
Bir qrup hüquq müdafiəçisi Quba-Xaçmaz İnsan Resursları Mərkəzində Quba hadisələri ilə bağlı həbs edilənlərin yaxınları ilə görüşüb.

Aprelin 4-də Xaçmazda keçirilən toplantıdan AzadlıqRadiosuna verilən məlumata görə, Quba sakinləri bildiriblər ki, keçmiş icra başçısı Rauf Həbibovun evinin yandırılmasını heç kəsin tanımadığı, saqqallı bir nəfər təşkil edib. Sakinlər deyiblər ki, camaat onun evinin qarşısında «isetafa» şüarları qışqırarkən, o hasardan atlayıb içəri keçib, evə nə atıbsa, qısa müddətdən sonra ev partlayıb və alışıb yanmağa başlayıb. Sonradan isə həmin adamı görməyiblər.

Hüquq müdafiəçilərindən ibarət monitorinq qrupu ilə görüşdə «Xəyal» televiziyasının həbs olunmuş icraçı direktoru Vüqar Qonaqovun atası Fiyəddin Qonaqov da iştirak edib. O deyib ki, hadisələrə səbəb olan video çəkilişin aparılmasını icra hakimiyyəti rəhbərliyi özü istəyib və televiziyanın çəkiliş qrupunu ora dəvət ediblər.

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (1-ci hissə)

F. Qurbanov oğluna işgəncələr verildiyini söyləyib.

Monitorinq qrupuna daxil olan hüquq müdafiəçisi Səidə Qocamanlının sözlərinə görə, hazırda onların Quba hadisələrinə görə saxlananların yaxınları ilə görüşləri davam edir. Onun sözlərinə görə, məlumat əldə etdikdən sonra Bakıda Baş prokurorluq rəsmiləri ilə görüşəcəklər.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya əvvəlcə dinc xarakterli olsa da, sonra zorakılıqlar baş verib. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun iki villası yandırılıb.

Martın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Rauf Həbibov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (Təkrar - 2)

Hadisələrlə bağlı ondan çox adam saxlanıb.

HƏMÇİNİN BAX:

Qubada baş verənlərə Bakı sakinlərinin münasibəti... - VİDEO
Qubada qarşıdurma - VİDEO
Quba qarşudurması - 3 (ən dramatik məqamlar) - VİDEO
Quba toqquşmalarının Facebook mənzərəsi - VİDEO
Qubada etiraz aksiyası keçirilib - FOTOLAR
XS
SM
MD
LG