Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:08

Ölkədaxili aviareyslərin sayı artır


AZAL
AZAL
«AZAL»ın xidmət rəisi Məhərrəm Səfərli APA-ya bildirib ki, yayda Bakıdan Lənkərana və Zaqatalaya aviareyslərin bərpası, Qəbələyə isə aviareysin açılması nəzərdə tutulub.

Onun sözlərinə görə, hazırda daxili aviareyslərdən yalnız Bakı-Naxçıvan, Bakı-Gəncə və Naxçıvan-Gəncə yerinə yetirilir.

Sərnişinlər Bakı-Naxçıvan-Bakı aviareysi ilə həftənin hər günü 4 dəfə, Bakı-Gəncə-Bakı marşrutu üzrə isə həftənin hər günü bir dəfə uça bilərlər. Naxçıvan-Gəncə aviareysi isə həftənin III, V, VI və VII günləri yerinə yetirilir.

Bakıdan Naxçıvana bir istiqamətdə aviabiletin qiyməti Azərbaycan vətəndaşları üçün 50 manat, əcnəbi vətəndaşlar üçün isə 65 manatdır. Bakı-Gəncə aviareysinə biletin qiyməti vətəndaşlıqdan asılı olmayaraq 30 manat, Naxçıvan-Gəncə aviareysinə biletin qiyməti isə 39 manatdır.

«AZAL» Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə uçan sərnişinlərin az olması səbəbindən bu aviareysləri dayandırıb. Dayanana qədər bu reyslərdə aviabiletin qiyməti 40-50 manat civarında olub.

M.Səfərli açılması planlaşdırılan Bakı-Qəbələ aviareysinə biletin qiymətinin nə qədər olacağını açıqlamayıb, deyib ki, bunu Tarif Şurası müəyyənləşdirəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG