Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:41

Naxçıvanda tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı qəbul olunub


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Sayı: 30(20.435) 15 fevral 2012



«ŞƏHƏR SU TƏCHİZATI VƏ KANALİZASİYA» LAYİHƏSİ UĞURLA HƏYATA KEÇİRİLİR

Son illər muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələr region sakinləri tərəfindən insan amilinə göstərilən böyük qayğı kimi dəyərləndirilir. İndiyədək işlədilən, hələ Sovet dönəmində çəkilən su və kanalizasiya xətlərində istifadə olunan materialların istismar müddəti başa çatmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumata görə, layihəyə əsasən, 2,88 kilometr uzunluğunda suqəbuledici qurğunun, Babək rayonunun Şıxmahmud kənd ərazisində hər birinin su tutumu 10 min kubmetr olan 2 və birinin su tutumu isə 10 min kubmetr olan su anbarının tikintisi, suqəbuledicidən su anbarlarına kimi 6,35 kilometr boru xəttinin, su anbarlarından Naxçıvan şəhərinə qədər uzunluğu 7,5 kilometr olan qoşa boru xətlərinin çəkilişləri, 45,2 kilometr uzunluğunda kanalizasiya, 45 kilometr su xəttinin tikintisi başa çatdırılmışdır.
Məlumat üçün deyək ki, Babək qəsəbəsində, Nehrəm, Şəkərabad, Qoşadizə və Araz kəndlərində çəkilən kanalizasiya şəbəkəsinin uzunluğu 138,3 kilometr, ev birləşmələrinin sayı isə 5260 ədəd olacaq.

«GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIĞI» FƏNNİNİN TƏDRİSİ VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNUB

Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbdə Naxçıvan şəhərindəki 17 ümumtəhsil məktəbinin hərbi rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Naxçıvan Şəhər Hərbi Komissarlığının bölmə rəisi, mayor Mirzə Rəhimov çıxış edərək adıçəkilən fənnin ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Qeyd olunub ki, çağırışaqədərki hazırlıq mərhələsinin gələcəkdə xidmətə yola düşəcək hər bir gənc üçün böyük əhəmiyyəti var. Bu fənni tədris edən hər bir müəllim dərsin tədrisində əlindən gələni əsirgəməməlidir. Çünki, şagirdlər bu fənnin tədrisi zamanı gənc əsgər səviyyəsində bilik və bacarığa yiyələnirlər. Onlar müasir kütləvi qırğın silahlarından mühafizə qaydalarını öyrənməklə yanaşı, mülki müdafiənin əsaslarını da mənimsəyirlər. Bir sözlə, məktəblərdə bu fənnin tədrisinin keyfiyyətinə ciddi diqqət yetirilməlidir.


«2012 – 2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin

Sərəncamı

«2012 – 2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafını üzrə Dövlət Proqramı» təsdiq edilsin.

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.



DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Naxçıvan şəhər ümumtəhsil məktəblərində oftalmoloji və stomatoloji müayinələrə start verilmişdir
- Babək rayonunda quruculuq tədbirləri davam etdirilir
- Xına haqqında bilmədiklərimiz
XS
SM
MD
LG