Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:13

114 yaşlı həkim Leila Denmark vəfat edib


ABŞ-ın Atlanta şəhərində 114 yaşlı həkim Leila Denmark vəfat edib. O, tibb tarixində ən təcrübəli həkim sayılırdı. Leila Denmark təqaüdə 2001-ci ildə çıxmışdı. 103 yaşına qədər həkim kimi fəaliyyət göstərmişdi.

Leila Denmark 1928-ci ildə Atlantada açılan xüsusi uşaq klinikasının ilk həkim-pediatrı idi. Atlanta şəhərinin sakinləri onun qapısını gecə-gündüz döyə bilirdilər. Bundan başqa o yerli kilsənin yoxsul ailələrin uşaqları üçün nəzərdə tutulan klinikasında könüllü işləyirdi.

Leila Denmark müxtəlif tibbi mükafatlar almışdı. Bunların arasında Fisher mükafatı da olub. O bu mükafata diaqnostika və müalicə sahəsindəki uğurlu nəticələrinə görə 1935-ci ildə layiq görülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG