Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:12

Gürcüstan Əfqanıstanda ən çox əsgər saxlayan qeyri-NATO ölkəsi olur


NATO Gürcüstanı “tərəfdaş modeli” adlandırır

NATO-nun Baş katibi Anders Fogh Rasmussen Gürcüstanı Şimali Atlantika Alyansı ilə əməkdaşlığın modeli adlandırıb. Bu barədə o, aprelin 3-də Brüsseldə Gürcüstanın prezidenti Mikheil Saakashvili ilə görüşündə deyib.

Rasmussen bildirir ki, NATO hələ 2008-ci ildə bir gün Gürcüstanın bu alyansa üzv ola biləcəyini deyib. O, vurğulayıb ki, bu ilin sonuna qədər Gürcüstan Əfqanıstanda olan hərbçilərinin sayını daha da artıracaq. Bununla da Gürcüstan Əfqanıstanda ən çox əsgər saxlayan qeyri-NATO ölkəsi olacaq.

Prezident Mikheil Saakashvili isə çıxışında deyib ki, onun ölkəsində bu ilin oktyabrına nəzərdə tutulan parlament seçkisi tam şəffaf olacaq və beynəlxalq ictimaiyyəti öz müşahidəçilərini göndərməyə çağırır.

NATO bundan əvvəl də Gürcüstanı bu alyansa üzvlük üçün ölkədə demokratik islahatlara çağırıb.
XS
SM
MD
LG