Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:39

Prezident vətəndaşları "ağır yeməklər"dən uzaq olmağa çağırır


Prezident Emomeli Rahmon uşaqlarla.

Prezident Emomeli Rahmon uşaqlarla.

Dünya Banklı və BMT-nin uşaq təşkilatı olan UNİCEF bildirir ki, hər il Tacikistanda qida çatışmazlığından yaşı 5-dən aşağı olan 7 500 uşaq həlak olur. Hər iki qurumun birgə hesabatında qeyd olunur ki, bu ölkədə ərzaq çatışmazlığı səhiyyə problemlərinin əsasını təşkil edir.

Həmçinin vurğulanır ki, Tacikistanda ərzaq qıtlığına görə demək olar uşaqların hamısının boyları yaşlarına baxanda balacadır.

Bu hesabat Tacikistan prezidenti Emomali Rahmonun vətəndaşlara yeməklə bağlı tənqidindən bir neçə gün sonra yayılıb. Martın 30-da Rahmon bildirib ki, taciklərin çoxu qeyri-sağlam qidalanırlar. Bu da köklüyə və başqa xəstəliklərə səbəb olur. Prezident vətəndaşları "ağır yeməklər"dən uzaq olmağa çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG