Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:41
Prezident İlham Əliyevin aprelin 3-də verdiyi sərəncamla bu il Xurşidbanu Natəvanın 180 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.

Sərəncamda qeyd edilir ki, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Xurşidbanu Natəvanın 180 illik yubiley tədbirləri hazırlayıb həyata keçirəcək.

Xurşidbanu Natəvan Azərbaycanın görkəmli şairə-qadını, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir.

Bu il Nizami Gəncəvi, Əhməd Cavad və Hüseyn Cavidin də yubileyləri dövlət səviyyəsində keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG