Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:58

Suriyaya BMT-nin xüsusi təcili missiyası gedir


Yaxın iki gün ərzində BMT-nin xüsusi missiyası Suriyaya səfər edib atəşkəsin icrası haqqında danışıqlara başlamalıdır. Onun icrasına isə 250 nəfərlik BMT missiyası nəzarət edəcək. Amma həmin missiya barədə BMT Təhlükəsizlik Şurasının xüsusi qərarı olmalıdır.

BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bildirir ki, prezident Bashar Assad qüvvələrini geri çəkməyə razılaşıb. Amma Suriyadan gələn xəbərlərə görə hələ də silahlı müxalifət qrupları ilə ağır döyüşlər gedir.

BMT-nin məlumatına görə Suriyada rejim dəyişikliyi tələbilə başlayan etirazlara hökumətin silahlı müdaxiləsi irimiqyaslı döyüşlərə səbəbə olub və 9000 nəfərdən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG