Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

LG kağız kimi qatlanan ekranların istifadəsinə başlayıb


.
LG Display şirkəti ötən həftə, martın 29-da bəyan edib ki, dünyanın ilk elektron kağız displeylərinin (Electronic Paper Display – EPD) istehsalına başlayıb.

Bu displeylər E-book cihazlarda istifadə edilmək üçün nəzərdə tutulur. Yeni displeylərin ən böyük özəlliyi müəyyən qədər qatlana bilməsi, davamlılığı və nazikliyidir.

6`` düym diaqonal ölçüsü olan XGA displeylərin dəqiqliyi 1024 x 768-dir. Elektron mürəkkəb texnologiyası və plastikdən istifadə edilməklə hazırlanır.

LG yeni EPD-lərdə oxumağın kağız qəzet oxumağa bənzər hiss yaratdığını iddia edir. Displeyin qalınlığı 0.7 mm-dir, çəkisi 14 qramdır.

Ən nazik şüşə displeylərdən 33 % daha nazik və 50 % daha yüngüldür.

Başqa sözlə, EPD displeyin qalınlığı mobil telefonların ekranı üçün olan qoruyucu plyonkalarla eynidir.

LG-nin 19 düymlük elektron kağız displeyləri
LG-nin 19 düymlük elektron kağız displeyləri
LG bildirir ki, E-book reader istifadəçiləri uzun müddət cihazlarının ekranlarının daha davamlı olmasını arzu edirdilər. Çünki, cihazların hər il 10 %-ə yaxını yerə düşəndə və ya bərk cismə dəyəndə sıradan çıxırdı.

Ancaq yeni EPD displeylər 1.5 metrdən yerə düşəndə belə sınmır və ya zərər görmür. Displeyləri hətta kiçik plastik çəkiclərin zərbələrinə və cızılmağa qarşı da sınaqdan keçiriblər və daha davamlıdır.

EPD-lər daha yüngül, nazik və davamlı olduğundan həm gözləri az yoracağı, daha az elektrik işlədəcəyi və ucuz başa gələcəyi bildirilir.

LG Display Mobile/OLED qrupunun rəhbəri Sang Duck Yeo bildirib ki, “Dünyanın ilk elektron kağız displeyini – EPD-sini buraxmaqla LG E-book reader bazarında liderliyini bir daha təsdiqləmiş oldu. Biz bu yeniliklərdən gələcəkdə OLED-lərin (Təbii işıq əks etdirən diod displeylərinin) – LCD-lərin yeni nəslinin istehsalında da istifadə etməyi düşünürük”.

Kütləvi istehsalına başlanan elektron kağız displeyləri Çindəki elektron cihaz zavodlarına göndəriləcək və bir-iki ay ərzində hazır cihazlar halında Avropa bazarlarına çıxması gözlənilir.

LG dünyada bu tip displeylərin istehsalına başlayan ilk şirkət olsa da, 2010-cu ildən etibarən Samsung və Sony də bənzər texnologiyalar üzərində işləyirlər və bir sıra sərgilərdə məhsulların prototiplərini - əyilən, yumurlanan, şəffaf olan plyonka displeylərini nümayiş etdiriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG