Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:38
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan aşıqları üçün səhnə geyim eskizinin hazırlanması üzrə müsabiqə elan edib.

Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, beynəlxalq və ölkə səviyyəli tədbirlərə Azərbaycan aşıqlarının bir sıra hallarda aşıq sənətinin yüksək səviyyəsinə uyğun olmayan geyimlərdə çıxması bu sahədə mövcud olan pərakəndəliyin aradan qaldırılması zərurəti yaradır.

Təqdim olunacaq layihələr Azərbaycan aşıq sənətinin qorunub saxlanılmasına, təbliğ olunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət etməlidir.

Müsabiqədə iştirak edəcək şəxslərə tövsiyə olunur ki, layihənin hazırlanmasına bu sahədə müvafiq bilik və təcrübəyə malik folklorşünasları, tarixçiləri, ədəbiyyatçıları və digər mütəxəssisləri cəlb etsinlər.

Hazırlanacaq səhnə geyiminin eskizində milli ornamentlər öz əksini tapmalı və geyimin Azərbaycana məxsusluğu bilinməlidir. İşlər 2012-ci il iyunun 1-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilməlidir.

Müsabiqənin qalibləri üçün hər biri müvafiq olaraq 1000, 750 və 500 manat məbləğində 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar təsis ediləcək.

Qalib elan edilmiş işlər dövlət mülkiyyəti sayılmaqla, Mədəniyyət və Turizm Nazirliyinin istifadəsinə veriləcək.

Ötən əsrin 20-ci illərində Sovet təbliğat maşını Azərbaycan aşıqlarını "proletar sinfinin səsi" olaraq mərkəzləşdirilmiş qurumda birləşdirəndən sonra onlar sovet hərbi geyimi və çəkməsi geyməyə başladılar.

Bu geyim indi də aşıqlar arasında ən geniş yayılanıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG