Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:22

Daşqından zərərçəkənlər kompensasiyaların verilməməsinə etiraz edirlər


Foto: Arxiv

Foto: Arxiv

Daşqından zərərçəkən Sabirabad rayonu Minbaşı kəndinin sakinləri kompensasiyaların verilməməsinə etiraz olaraq aprelin 3-də Şirvan-Sabirabad yolunu bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılsa da, sakinlər aksiyanı kənd icra nümayəndəliyi qarşısında davam etdiriblər.

Aksiya iştirakçılarının AzadlıqRadiosuna verdiyi məlumata görə, onların etirazı Kür daşqınlarından zərərçəkən ailələrə verilməli olan kompensasiyanın mənimsənilməsidir. Sakinlər iddia edirlər ki, ayrılan pulları Minbaşı kənd icra nümayəndəliyi mənimsəyib.

Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Ümid Həsənov AzadlıqRadiosuna baş verənlərdən xəbərdar olduqlarını deyib:

«Kənd sakinlərinə müraciət olunub ki, onlar yardımların mənimsənilməsi ilə əlaqədar icra hakimiyyətinə rəsmi müraciət etsinlər. Biz də həmin müraciəti araşdırma üçün göndərəcəyik prokurorluğa. Qoy gəlib araşdırsınlar».

Narazı sakinlər aksiyanı aprelin 4-də davam etdirəcəklərini bildirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG