Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:48

ABŞ Lashkar-e-Taiba-nın rəhbərinin başına 10 milyon dollar mükafat qoyub


ABŞ Pakistanda yerləşən Lashkar-e-Taiba adlı silahlı qrupun rəhbərinin həbsinə imkan verən informasiya üçün 10 milyon dollar mükafat təyin etdiyini bildirir. ABŞ rəsmiləri bildirirlər ki, Hafiz Mohammad Saeed 2008-ci ildə Hindistana Mumbai şəhərinə hücumu təşkil edib. Həmin hadisədə terrorçulardan 9 nəfəri, mülki şəxslərdən də 165 nəfər həlak olmuşdu.

ABŞ Lashkar-e-Taiba-nın rəhbərinin müavinin tapılmasına da 2 milyon dollar mükafat təyin edib. Bu qrupun 1980-ci illərdə Pakistanın xüsusi xidmət orqanlarının dəstəyi ilə yaradıldığı ehtimal olunur. 2002-ci ildə ABŞ-ın təzyiqləri ilə Pakistan həmin qrupu qanunsuz elan edib.
XS
SM
MD
LG