Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:20

Assad qüvvələri aprelin 10-da geri çəkməyə hazır olduğunu deyib


Ərəb Lqiası və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bildirir ki, Suriya prezidenti Bashar Assad aprelin 10-a qədər qüvvələrini geri çəkməyə razılaşıb. Bundan iki gün sonra da tərəflər arasında atəşkəs qüvvəyə minəcək. Bu barədə Kofi Annan BMT Təhlükəsizlik Şurasında çıxışında bildirib.

ABŞ-ın BMT-dəki nümayəndəsi Susan Rice isə bildirib ki, Suriya məsələsinə quru sözlərlə deyil, görülən konkret işlərlə qiymət vermək lazımdır. O yada salıb ki, bundan əvvəl də Assad müxtəlif vədlər verib. Amma heç birini yerinə yetirməyib.

- Son aylar bir neçə dəfə yerinə yetirilməmiş vədlərin şahidi olmuşuq. Hər dəfə də əksinə zorakılıq artıb. Əvvəlki ayların təcrübəsi bizə budəfəki vədin də icra olunmayacağını, əksinə zorakılığın daha da artacağını deyir.

Suriyanın BMT-dəki səfiri Bashar Ja'afari isə çıxışında müxalifətin silahlı qüvvələrinə dəstək verilməsini pisləyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi də Suriya paytaxtına gedərək yaralıların çıxarılması və mülki sakinlərə zəruri tələbat məhsulları çatdırılması üçün gündə heç olmasa iki saatlığa atəşkəs elan olunmasını tələb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG