Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Gürcü qadınlar edamdan qurtuldular


Malayziyada narkotik maddə qaçaqmalçılığına görə ittiham edilən 2 gürcü qadın ölüm cəzasından xilas olub.

Malayziya məhkəməsi qadınlardan birinə - Babutsa Gordadzeyə 8 il azadlıqdan məhrumetmə cəzası verib.

Darejan Kokhtashvili isə 6 illik həbsə salınıb.

Qadınlar 2010-cu ilin oktyabr ayında birlikdə saxlanılıblar. Malayziya rəsmiləri deyir ki, onların çantasında ümumilikdə 10 kiloqram amfetamin tapılıb.

Malayziya qanunlarına görə, müsəlman ölkəsində narkotik maddə daşıyanları ölüm cəzası gözləyir.

Məhkəməni izləmək üçün Malayziyaya səfər edən Gürcüstan baş prokurorunun müavini Davit Sakvarelidze deyib ki, qadınların həyatını gürcü rəsmiləri və Malayziya hüquqşünaslarının birgə səyi nəticəsində xilas etmək mümkün olub.
XS
SM
MD
LG