Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:15
«Apple» şirkətinin əfsanəvi qurucusu Steve Jobs-un həyatından film çəkiləcək.

Xəbəri populyar kino dərgisi «Variety» yayıb.

Film Steve Jobs-un ilk gəncliyindən—hippi olduğu günlərdən başlamış ta «Apple» şirkətini qurmasına və şirkətin dünyanın ən nəhəngləri sırasına girməsinədək olan dövrü əhatə edəcək.

«Jobs» adlanacaq filmin rejissoru Joshua Michael Stern-dir.

Ssenarisini Matt Whiteley yazacaq.

Filmin prodüseri Mark Hulme olacaq.

Çəkilişlər mayda başlayacaq.

Artıq Steve Jobs-a bənzəyən aktyor da tapılıb.

Bu «Twitter kralı» adlanan və bəzi texnoloji şirkətlərə sərmayə qoymaqla sərvətini artıran tanınmış aktyor Ashton Kucher-dir.

Kutcher-n bu sahədə təcrübəsinin də olduğu vurğulanır.

Aktyor hazırda ABŞ-da populyar serial sayılan, 9 mövsüm yayımlanan «Two and a Half Man» adlı serialda internet milyarderi Walden Schmidt-in obrazını canlandırır.

Xatırladaq ki, «Apple» şirkətinin qurucusu Steve Jobs ötən ilin martında 56 yaşında mədəaltı vəzin xərçəngindən dünyasını dəyişmişdi.

Ötən il Sony Pictures şirkəti də Walter Isaacson-un Steve Jobsun həyatından bəhs edən kitabı əsasında film çəkmək istəmiş, amma baş tutmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG