Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:02

ARDNŞ şahmata keçir


Kirsan Ilyumzhinov, FİDE_nin prezidenti
Kirsan Ilyumzhinov, FİDE_nin prezidenti

2013-cü ilin martında Londonda şahmat tacı uğrunda iddiaçılar arasında keçiriləcək turnirin sponsoru Azərbaycan Dövlət Neft Şirkəti olacaq.

Bu barədə sazişi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə “Agon Limited” şirkətinin rəhbəri Andrew Polson imzalayıb. .

İddiaçılar turnirinin təşkilatçısı iş adamı Polson tərəfindən yaradılan Agon şirkətidir. FİDE kişilər arasında növbəti dünya çempionatının yaxın mərhələlərinin keçirilməsinin bütün hüquqlarını Agon şirkətinə verib.


Azərbaycan Şahmat Federasiyası AŞF ilə Beynəlxalq Şahmat Federasiyası FİDE arasında saziş də imzalanıb.

“Hilton” otelində keçirilən tədbirdə əməkdaşlıqla bağlı sazişi AŞF-la FİDE-nin prezidentləri – Elman Rüstəmovla Bakıda səfərdə olan Kirsan İlyumzhinov imzalayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG