Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Yepiskop hesab edir ki, İncildəki sitatlardan düzəldilən parollar daha təhlükəsizdir

Böyük Britaniyadan olan yepiskop orijinal təklif irəli sürüb. Din xadimi inanclı insanlara deyib ki, onlar kompüterə giriş, internetdəki müxtəlif səhifələrində parollar üçün İncildən istifadə edə bilərlər.

Yepiskop James Langstaff bunun mexanizmini də hazırlayıb: sadəcə İncildə sevdiyin sitatdakı sözlərinin baş hərflərini ardıcıl yığıb parola çevirmək olar. Hətta bura sitatın yer aldığı fəslin nömrəsini də əlavə etmək olar.

EV HEYVANININ ADINDANSA, MÜQƏDDƏS SÖZLƏRİ GÖTÜR

Yepiskop Langstaff didnar insanlara müraciət edərək deyib ki, bəzi səhifələrdə istifadəçi adı, parol əvəzi ev heyvanlarının ləqəblərini işlətməkdənsə, İncilə üz tutsunlar:

"İncil başdan-ayağa təhlükəsiz parollar yığınıdır. Bu cür məxfi sözlərə hərf və rəqəmləri daxil etmək olar. Müqəddəs parollardan istifadə etmək həm də dindarlara İncildəki sitatları daha yaxşı yadda saxlamağa kömək göstərəcək”.

HAKERLƏR İNCİLDƏKİ PAROL BAZASINI YARADACAQ

Lakin Sophos şirkətinin nümayəndəsi Graham Cluley bu mexanizmin o qədər də təhlükəsiz olduğunu hesab etmir. Çünki şəxsin aktiv xristian olduğu bilinsə, onda onun parolunu sındırmaq üçün İncildəki populyar sitatlardan istifadə edə bilərlər.

“Əgər inanclılar arasında yepiskopun sözünə əməl edənlər çox olsa, onda hakerlər dərhal İncildəki sitatlardan yaradıla biləcək parolların bazasını düzəldəcəklər”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG