Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:17

«Eurovision – 2012» müştərilərinə xüsusi taksilər ayrılacaq


«Eurovision – 2012» mahnı müsabiqəsində qonaqlara xidmət göstərmək üçün 500-1000 arası bənövşəyi taksi ayrılacaq. Təşkilatçılarla artıq şifahi razılıq da əldə olunub.

Bu barədə Azadlıqradiosuna «Bakı Taksi» Məhdud Məsuliyyətli Cəmiyyətdən (MMC) məlumat verilib.

Qurumun satış və marketinq şöbəsinin mütəxəsisi Maya Dadaşovanın dediyinə görə, artıq taksi sürücüləri üçün ingilis dili kurslarına da başlayıb.

Bundan başqa «Eurovision – 2012»ə qədər sürücülərin uniformaları da dəyişdiriləcək.

«Uniformalar bu ay ərzində təqdim ediləcək. Üzərində öz şirkətimizlə bağlı emblem olacaq».

Maya Dadaşov bənövşəyi taksilərlə bağlı digər dəyişikliklərin də gözlənildiyini deyir.

İndiyə qədər Azərbaycana 870 bənövşəyi «London» taksisi gətirilib. Onlardan 500-i hazırda taksi fəaliyyəti göstərir. «Bakı Taksi» Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, yaxın vaxtlarda taksilərin sayının 1000-ə çatdırılması planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG