Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:38

Bakıda «Eurovision» qonaqlarının sorğularını xüsusi mərkəz cavablandıracaq


«Eurovision Mahnı Müsabiqəsi-2012» ilə əlaqədar Azərbaycana gələcək turistlər üçün xüsusi sorğu mərkəzi yaradılıb.

«Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin Sorğu məlumat sexinin rəisi Əhliman İsmayılov Trend-ə bildirib ki, sorğu məlumat sexinin xüsusi kabinet-mərkəzi artıq fəaliyyətə başlayıb. Mərkəz ingilisdilli turistlərin sorğularını ingilis dilində cavablandıracaq.

«Qonaqlar bu mərkəzə bütün istiqamətlər üzrə sorğu ilə müraciət edə bilərlər. Onların şəhərin infrastrukturu - mədəniyyət ocaqları, hava limanı, nəqliyyat, avtovağzal, hoteller, mehmanxana və s. barədə sualları operativ cavablandırılacaq. Bir sözlə, onları nə maraqlandırırsa, bu mərkəzdən ona cavab ala biləcəklər», - İsmayılov əlavə edib.
Onun sözlərinə görə, «Eurovision Mahnı Müsabiqəsi-2012» zamanı sorğuya müraciət edənlərin sayının çox olacağı gözlənilsə də, bütün sorğuların cavablandırılmasına imkan olacaq.

İsmayılov əlavə edib ki, «Eurovision Mahnı Müsabiqəsi-2012» başa çatdıqdan sonra sorğu mərkəzi fəaliyyətini dayandıracaq. Müsabiqə mayın 26-da başa çatacaq, mayın 31-də isə mərkəzin fəaliyyəti dayandırılacaq.
XS
SM
MD
LG