Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:01

Azərbaycan Baş Prokurorluğu Bakı Şəhər Prokurorluğunda yoxlamalar aparır


APA-nın məlumatına görə, yoxlamalar Bakı şəhər prokuroru Əziz Seyidovun 5 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar həyata keçirilir. Baş Prokurorluq Bakı şəhər prokurorunun 5 illik fəaliyyətini araşdırır və yaxın günlərdə yoxlamalar yekunlaşacaq. Bundan sonra Bakı şəhər prokurorunun vəzifədə qalıb-qalmaması məsələsi həll olunacaq.

Azərbaycan qanunvericiliyinə görə, rayon və şəhər prokurorları baş prokurorun əmri ilə 5 illik müddətə təyin olunurlar.

Bakı şəhər prokuroru Əziz Seyidovun səlahiyyət müddəti aprelin 20-si başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG