Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:43
Azərbaycanın ABŞ-dakı səfirliyi «Foreign Policy» dərgisində dərc edilən yazı ilə bağlı dərgiyə etiraz məktubu göndərib.

Etiraz məktubunda Mark Perrynin müəllifi olduğu məqalənin qərəzli yazı olduğu qeyd edilir.

Bu barədə AzadlıqRadiosuna Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bu arada ABŞ Dövlət Departamenti də həmçinin İsrailin İranı vurmaq üçün Bakının hərbi aerodromlarından istifadə edəcəyinə dair yayılan məlumatlara münasibət bildirib.

Aprelin 2-də keçirilən brifinqdə Dövlət Departamentinin sözçüsü Victoria Nuland bununla bağlı jurnalistlərin sualına cavab olaraq deyib: «Bu xəbərin hər hansı bir faktiki əsası olması ilə bağlı heç bir informasiyaya malik deyiləm».

Martın 28-də «Foreign Policy» jurnalında dərc edilən məqalədə ABŞ-ın adı çəkilməyən diplomatik, hərbi və kəşfiyyat dairələrinə istinadla bildirilib ki, İsrail Azərbaycan aerodromlarına giriş əldə edib və nəzəri cəhətdən bu aerodromlardan İrana qarşı hərbi əməliyyatlarda istifadə edilə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG