Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:22

Prokurorluq bələdiyyə sədrini və müavinini rüşvət almaq ittihamı ilə saxlayıb


Arxiv foto

Arxiv foto

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaydığı məlumata görə martın 29-da Binə bələdiyyəsinin sədri Babaxan İsayev və müavini Əlisa Panayev rüşvət alarkən tutulublar. Aprelin 2-də yayılan rəsmi məlumatda deyilir:

“29 mart 2012-ci il tarixdə bələdiyyənin sədri Babaxan İsayev öz xidməti otağında müavini Əlisa Panayevlə birgə satılan torpaq sahəsi üçün vətəndaşdan 4.400 manat pulu rüşvət kimi qəbul edib, onun tanışının adına fərdi ev tikmək üçün 0,07 ha torpaq sahəsinin ayrılması barədə 1 iyul 2000-ci ildə ləğv edilmiş Hövsan südçülük sovxozunun direktorunun adından verilmiş 9 dekabr 2000-ci il tarixli saxta əmrdən çıxarışı təqdim edən zaman cinayət başında yaxalanmışlar.

Adı çəkilən şəxslərin yaşadıqları ünvanda, Binə bələdiyyəsinin inzibati binasında və onların istifadəsində olan digər saxlanc yerlərində aparılmış axtarış zamanı üzərinə Binə qəsəbə nümayəndəliyinin və digər təşkilatların möhür və ştampları vurulmuş boş blanklar, habelə Bakı şəhəri "Su təsərrüfatı" kiçik müəssisəsinin, 1 №-li mənzil-tikinti kooperativinin və ayrı-ayrı dövlət orqanlarına məxsus möhür və ştamplar aşkar edilərək götürülüb.

Törətdikləri cinayət əməllərinə görə Babaxan İsayev və Əlisa Panayevə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.”

Bu ittihamı məhkəmə də haqlı saysa, bələdiyyə sədri və onun müavini əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Amma hələlik nə onların yaxınlarının, nə də vəkillərinin bu ittihamla bağlı mövqeyi səslənməyib.
XS
SM
MD
LG