Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:08

Suriya sülh planını yerinə yetirməyə hazır olduğunu deyir


Suriya hakimiyyəti aprelin 10-dan gec olmayaraq BMT-nin xüsusi elçisi Kofi Annanın sülh planını yerinə yetirməyə hazır olduğunu bəyan edib.

Bunu Kofi Annan bazar ertəsi təhlükəsizlik şurasında çıxış edərkən bəyan edib.

Amma o ölkədə qan tökülməsinin hələ də davam etdiyini bildirib.

Planda münaqişə tərəflərinin atəşi dayandırması, şəhərlərdən ordunun çıxarılması və döyüş zonalarına hümanitar yardım çatdırılması nəzərdə tutulur.

Rusiyanın Xarici İşlər Nazirliyi isə Suriya ilə bağlı İstanbulda keçirilən beynəlxalq konfransı tənqid edib.

Nazirliyin yaydığı bəyanatda bunun münaqişənin dinc yolla həllinə zidd olduğu bildirilir.
XS
SM
MD
LG