Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

Bağdad Kürd muxtariyyətini qaçaqmalçılıqda günahlandırır


İraq hakimiyyəti Kürd muxtar regionunun hökumətini xaricə qanunsuz neft satışından milyarlarla dollar mənimsəməkdə ittiham edir.

Bağdad bəyan edib ki, yerli rəhbərlik qaçaqçılıq yoluyla birtərəfli müqavilə əsasında neft və neft məhsulları ixrac edir.

Kurdüstan muxtar regionu bazar günü Bağdad hökumətinin nəzarətində olan ərazidən neft ixracını dayandırıb.

Kürd hökuməti İraq hakimiyyətini ötən ilin mayından lazım olan vəsaiti ödəməməkdə günahlandırır.

Kür rəhbərliyi ötən ilin payızında ABŞ-ın Ekson Mobil korporasiyası ilə neft istismarı barədə razılaşma imzaladıqdan sonra Bağdadla bu regional hökumət arasında münasibətlər korlanıb.
XS
SM
MD
LG