Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:44

Hakim məmurun vəkili olub? [VİDEO ]


Hakimin ədalətinə inanırsızmı?
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Hakimin ədalətinə inanırsızmı?


Müstəqil hüquqşünas Fuad Ağayev bu qənaətə gəlib ki, hazırda Azərbaycan məhkəmələrinin tam əksəriyyəti inzibati orqanların vəkili kimi çıxış edir.

Fuad Ağayev
Fuad Ağayev
“Korrupsiometr” proqramında məhkəmələrdə şəffaflıq probleminə həsr olunan müzakirədə Fuad Ağayev deyib ki, vətəndaş icra hakimiyyəti ilə, inzibati orqanlarla üzbəüz qalanda məhkəmələr hakimiyyət orqanını müdafiə edirlər:

“Hakimlər arasında savadlıları da yox deyil. Bu hakimlərin əksəriyyətinə hansısa iş üzrə ciddi təzyiq olmayanda ədalətli qərarlar da çıxara bilirlər. Ancaq həmin hakimlər də inzibati orqanlarla bağlı işlərdə yenə də icra orqanlarının xeyrinə qərar çıxarmalı olurlar. Hətta, vətəndaşın xeyrinə qərar çıxarsalar belə, onun icrasına nail ola bilmirlər.

Quba şəhərində bir neçə ev yandırılmışdı. Nə qədər adam həbs edilib. Amma Bakıda bu qədər evləri dağıdırlar, kiməsə bir söz deyən olmur.”

Flroa Kərimova
Flroa Kərimova
Proqrama qatılan xalq artisti, tanınmış müğənni Flora Kərimova da özünün şikayətləri əsasında topladığı məhkəmə təcrübəsindən bəhs etdi: “Biabırçılıq, yalançılıq, korrupsiya, adamın üzünə durulur.

Nadir hallarda onların arasında fikir deyənlər var, onlar da barmaqla sayılan adamlardır. Millət ləliyir məhkəmələrin əlindən. Hakimlər – hamını demirəm onların arasında insanlar var – işi elə qurular ki, guya obyektiv aparırlar, amma əslində elə edirlər ki, o biri tərəfdən daha çox alsınlar. Onlar hakimiyyəti, Azərbaycanı gözdən salırlar.”

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili
Rövşən Rzayev
Rövşən Rzayev
Rövşən Rzayev isə məhkəmələr və hakimlər haqqında ittihamların əsassız olduğunu deyir. O bildirir ki, məhkəmədə mübahisə edən tərəflərdən birinin narazı qalacağı və buna görə hansısa ittihamlar deyəcəyi təbii qarşılanmalıdır:

Ola bilər neqativ hallar var. Yaramazlar da, insanları incidənlər də var. Amma aparılan islahatların yanında bunlar xırda, zamanla aradan qalxacaq məsələlərdir.

Ola bilər hansısa yerlərdə rüşvət fikri ilə yaşayan adamlar var, bunu da qəbul edirəm. Amma bunu bütünlüklə məhkəmə sisteminə yaraşdırmaq olmaz. İslahatlar nəticəsində bu cür insanlar da aradan çıxacaq. Hesab edirəm ki Azərbaycanın hakimləri kifayət qədər peşəkar insanlardır.

Hüseyn Türkel
Hüseyn Türkel
Kanadada məhkəmə sistemində çalışan azərbaycanlı Hüseyn Türkel isə bu ölkədə hakimlərin necə müstəqil qərarlar verə bildiklərini izah etdi:

- Kanadada hakimlər demokratik ədalətli seçki nəticəsində çoxluğu təşkil etmiş partiyanın vasitəsilə təyin olunur. Amma bir prinsip var, onların vəzifədə olmaq müddətləri ali məhkəmə hakimləri üçün 75 yaşdır. Ona kimi onlara heç kim dəyə bilməz. İcraedici orqan onları vəzifəsindən azad edə bilməz. İcraedici orqanın hakimləri işdən azad etmək haqqı yoxdur.

Əgər bir hakim işində yanlışa yol veribsə onun məsələsi müstəqil ədliyyə komissiyası tərəfindən qaldırılır. Onun məsələsi parlamentdə üçdə-iki səs çoxluğu ilə həll edilir. Ya o, vəzifəsindən uzaqlaşdırıla, ya da 75 yaşından daha tez təqaüdə göndərilə bilər.

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli
Uzun illərdir məhkəmələrin monitorinqini aparan hüquqşünas Ənnağı Hacıbəyli də ədalət sisteminin kəskin islahatlarına ehtiyac olduğunu deyir:

- Azərbaycan məhkəmələrində qərarlar bir neçə kateqoriyaya bölmək olar. Qərarlar ya siyasi sifariş əsasında çıxarılır, ya nüfuzlu şəxslərin iqtisadi maraqları olan işlər onların xeyrinə həll edilir, ya da yuxarıdan təzyiq yoxdursa korrupsiya əsasında həll edilir.

Polemikanı ətraflı burada dinləyə bilərsiniz:




Müzakirələrdə səslənən təkliflər:

Fuad Ağayev:
  • Korrupsiya ilə mübarizə görüntüsü yaratmaq lazım deyil, konkret mübarizə aparmaq lazımdır və bu da geniş proqram tələb edir.
  • Bu sahədə aşkarlıq tələb olunur.

Ənnağı Hacıbəyli:
  • Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin təmini üçün islahatlar aparılmalıdır ilk növbədə konstitusiyadan başlanmalıdır. İndiki şəraitdə məhkəmələrin müstəqilliyindən danışmaq mümkün deyil.

Flora Kərimova:
  • Bunlara cəza verilməsə və bu cəzanı hamı eşitməsə, görməsə işlər düzəlməyəcək.

Bəs, sən düşünürsən, QƏRARI VERƏN SƏN OLSAYDIN, məhkəmələr indikindən nəylə fərqlənərdi?

Fikirlərini aşağıdakı foruma da göndərə bilərsən.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG