Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:26

Timoşenko həbsxanadan kənarda müalicə olunacaq


Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenko həbsxanadan kənarda müalicə olunacaq.

Baş prokuror Viktor Pşonka buna təminat yaradılmasını göstəriş verib.

Timoşenkonu müayinə eləmiş yerli həkimlər keçmiş baş nazirin hospitalda müalicəyə ehtiyacı olduğunu bildiriblər.

Timoşenko hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşma ittihamıyla 7 il azadlıqdan məhrum edilib.

Timoşenkonun özü və bir çox Avropa rəsmiləri həbsin siyasi motivli olduğunu deyirlər.
XS
SM
MD
LG