Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:37
NAXÇIVANDA İRAN İSLAM İNQİLABININ 33-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR

Fevralın 10-da İran İslam Respublikasının Naxçıvandakı baş konsulluğu ölkəsinin milli bayramı – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndikdən sonra «Qurani – Kərim» dən ayələr oxunmuşdur.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsolu Məhəmmədtağı Məhəmmədli ölkəsinin inqilabdan ötən 33 il ərzində keçdiyi inkişaf yolundan danışmış, bütün sahələrdə böyük tərəqqiyə nail olunduğunun bildirmişdir. Qeyd olunmuşdur ki, 1979-cu ildə İran xalqı öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə qalxaraq qələbə qazanmış, İran İslam Respublikası inkişaf edərək bugünkü səviyyəyə gəlib çatmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə çıxış edərək demişdir: Bu gün dost və qardaş İran xalqı özünün milli bayramını – İslam inqilabının 33-cü ildönümünü qeyd edir. Bu il eyni zamanda onunla əlamətdardır ki, 20 il bundan əvvəl – 1992-ci ildə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi İran İslam Respublikasına rəsmi səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlıq haqda imzalanmış protokollar Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran islam Respublikası arasında əlaqələrin əsası qoyulmuşdur.

Tədbir İran İslam Respublikasının incəsənət ustalarının çıxışı ilə davam etmişdir.

SAHİBKARLIĞA DÖVLƏT QAYĞISI İLDƏN – İLƏ ARTIR

​Bu gün muxtar respublikada həyata keçirilən sosial – iqtisadi inkişaf strategiyasının əsas məqsədi özəl sektorun inkişafı, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasından ibarətdir. «Naxçıvan Muxtar Respublikasının 2009 – 2013-cü illərdə sosial – iqtisadi inkişafı Dövlət Proqramı»nda iqtisadiyyatın inkişafında sahibkarların rolunun artırılması zərurəti əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Bütün bunların nəticəsidir ki, Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 86 faizi ötmüşdür.

Sahibkarlığa kömək fondu tərəfindən maliyyələşdirilmiş layihələr digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsini də əhatə etmişdir. Dövlət maliyyə dəstəyi göstərilmiş layihələr üzrə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə nail olunmuşdur.

Göstərilən dövlət qayğısı, mükəmməl qanunvericilik bazası və yaradılan şərait nəticəsində artıq muxtar respublikada güclü əsaslara malik sahibkarlar sinfi formalaşmışdır. Mövcud şərait isə onların sırasının genişlənəcəyini, eyni sahibkarlıq subyektlərinin meydana çıxacağını deməyə əsas verir.


DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- İcbari sığorta dövrün tələbi, vətəndaş məsuliyyətidir
- Arpaçayın layla çaldığı kənd

- Cibimizdəki gizli təhlükə
- Təmiz və keyfiyyətli bal

- Gənc əsgərlərin andiçmə mərasimi

Şərhləri göstər

XS
SM
MD
LG