Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:03

Rusiya İstanbul konfransını tənqid edib


Rusiyanın Xarici İşlər Nazirliyi Suriya ilə bağlı İstanbulda keçirilən beynəlxalq konfransı tənqid edib.

Nazirliyin yaydığı bəyanatda bunun münaqişənin dinc yolla həllinə zidd olduğu bildirilir.

Birləşmiş Ştatlar, Ərəb və Qərb ölkələri Suriya müxalifətinin yaratdığı milli şuranı Suriya xalqının qanuni təmsilçisi kimi tanıyıb və müxalifətə maliyyə vəsaiti ayrımaq qərarına gəliblər.

Bu ölkələr Bashar Assad rejimini BMT-nin xüsusi elçisi Kofi Annanın sülh planını yerinə yetirməməkdə günahlandırırlar.

Rusiya Suriyanı silahla təmin edən əsas ölkə sayılır.
XS
SM
MD
LG