Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:03

Bin Ladenin 3 arvadı və 2 qızı 45 günlük həbs edilib


Pakistan məhkəməsi əl Qaidənin keçmiş lideri Osama Bin Ladenin 3 həyat yoldaşı və 2 qızına 45 günlük həbs cəzası kəsib.

Onlar ölkəyə qanunsuz girməkdə ittiham olunurlar.

Bu barədə jurnalistlərə onların vəkili məlumat verib.

Məhkəmə həmçinin həbs müddəti başa çatdıqdan sonra onların ölkədən deportasiya edilməsini göstəriş verib.

Osama Bin Laden ötən ilin mayında ABŞ xüsusi xidmətinin Pakistanda keçirdiyi əməliyyat zamanı öldürülüb.

O ailəsilə birlikdə bir neçə ilə İslamabad ətrafında gizli yaşayıb.
XS
SM
MD
LG