Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:56

Myanmar müxalifətinin lideri qələbəni başlanğıc hesab edir


Myanmar ( keçmiş Birma) müxalifətinin lideri Aung San Suu Kyi partiyasının parlamentdəki boş yerlərə seçkidə göstərdiyi nəticəni xalqın qələbəsi adlandırıb.

Rəsmi nəticələr 1 həftədən sonra elan ediləcək.

Amma ilkin məlumatlara görə parlamentdəki boş 44 yerdən 43-nü müxalifətdə olan
Demokratiya uğrunda Milli Liqa qazanıb.

Nobel sülh mükafatı laeruatı Aung San Suu Kyi həmçinin öz seçki dairəsində 90 faiz səslə qalib gəlib.

Amma hökumətpərəst partiyalar ümumilikdə parlamentdə çoxluq təşkil edirlər.

Ekspertlər bunu son illər Myanmarda keçirilmiş ən azad seçki hesab edirlər.
XS
SM
MD
LG