Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22

Həbsdə aclıq edən Belarus müxalifətçisi ölüm ayağındadır


Belarus həbsxanasında aclıq aksiyası keçirən müxalifət fəalı Syarhey Kavalenkanın səhhəti ağırlaşıb.

Həbsxanadan onun valideynlərinə bildirilib ki, Kavalenkanın psixiatrik klinikaya keçiriləcəyi gözlənir.

37 yaşlı Kavalenka 25 aylıq həbs cəzasına məhkum olunub. O, "qadağan olunmuş Belrus milli bayragını qeyri-qanuni nümayiş etdirməkdə" ittiham olunur.

O, həbsindən az sonra aclıq aksiyasına başlayıb. Həbsxana məmurları yanvar ayında onu güclə yedizdirsələr də, Kavalenka fevralda yenidən aclığa başladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG