Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:17

Azərbaycanla Litva arasında 7-dən çox sənəd imzalanacaq


Aprelin 2-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Litvadan olan həmkarı Audronius Ažubalis arasında görüş keçirilib.

Nazirlər ölkələr arasındakı əməkdaşlığı və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.

E. Məmmədyarov iki ölkə arasında müxtəlif sahələrə aid 7-dən çox sənədin imzalanmağa hazır olduğunu və yaxın vaxtlarda imzalanacağını açıqlayıb.

Audronius Ažubalis Azərbaycan-Litva münasibətlərinin yüksək səviyyədə olduğunu deyib. Onun sözlərinə görə, Litva baş naziri Azərbaycana səfər etmək niyyətindədir.

Nazir Litvanın Azərbaycanla xüsusən enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Ažubalis Litvanın 3 milyard kubmetr həcmində sıxılmış qaz terminalı inşa etməyə hazırlaşdığını və 2014-cü ildə tikintinin başa çatacağını açıqlayıb. Bu məsələ ilə əlaqədar Dövlət Neft Şirkəti ilə əməkdaşlıq üçün Litva rəsmiləri danışıqlar aparır.

Nazir təhsil sahəsində də ölkələrin əlaqələrindən danışıb. O, hazırda 55 azərbaycanlı tələbənin Litvada təhsil aldığını bildirib: «Ümid edirik ki, gələcəkdə onların sayı artacaq».

Ažubalis Litvanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmadığından təəssüfünü də dilə gətirib.
XS
SM
MD
LG