Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:20

ATƏT-in xarici işlər nazirləri apreldə görüşəcək


Aprelin ayının sonunda İrlandiyada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu barədə jurnalistlərə məlumat verib.

Nazirin sözlərinə görə, aprelin son həftəsində isə Londonda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Görüşdə bu il Ermənistanda keçiriləcək seçkilər müzakirə ediləcək.

Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ konfliktində mövcud status-kvonun qorunub saxlanması yolverilməzdir:

«Bu fikir son bəyanatda da öz əksini tapıb. Seçkilərin keçirilməsi o demək deyil ki, danışıqlar uzanacaq. Danışıqlar davam edir, həmsədrlər regiona səfər edəcək və yay üçün iş planı tərtib edəcəklər».

Günün bütün mövzuları

XS
SM
MD
LG