Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:29

Kofi Annan Dəməşqlə bağlı BMT-nin TŞ-na hesabat verəcək


Aprelin 2-də Suriya üzrə beynəlxalq elçi Kofi Annan BMT-nin Təhlükəsizlik Şurasına Dəməşqin sülh planına əməl edib-etmədiyi barədə hesabat verməyə hazırlaşır.

Dəməşq Kofi Annanın təxirəsalınmadan atəşi dayandırmaq, şəhərlərdən qoşunu geri çəkmək və humanitar yardımı qəbul etmək sülh planı ilə razılaşıb. Amma hələ bunu yerinə yetirməyib.

İstanbulda bazar günü "Suriyanın dostları" konfransında Kofi Annan "vaxt cədvəli" tərtib edib və Assad verdiyi söz\ə əməl etməsə, onun rejiminə qarşı növbəti addımlar atılacaq.

ABŞ dövlət katibi Hillary Clinton deyib ki, Vaşinqton Suriya müxalifətini hökumət qüvvələrinin hücumlarından yayınmaq üçün kommunikasiya vasitələri ilə təchiz edəcək.

Konfransa qatılan 80-dən çox ölkənin təmsilçisi Suriya Milli Şurasını suriyalıların qanuni nümayəndəsi kimi tanıyıb.

Çin və Rusiya konfransa qatılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG