Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:46

«Azərbaycana 50 milyon tondan artıq neft hasil etmək lazım deyil»


Euronest
Euronest
Azərbaycana ildə hasil etdiyi 50 milyon tonluq neft kifayətdir, bundan artıq istehsala ehtiyac yoxdur. Bu fikirləri Sənaye və Energetika naziri Natiq Əliyev «Avronest» Parlament Assambleyasının 2-ci sessiyası çərçivəsində keçirilən enerji təhlükəsizliyi komissiyanın iclasında deyib.

O bildirib ki, Azərbaycan ildə orta hesabla 50 milyon ton neft hasil edir, Rusiyaya qaz satır, Türkiyə ilə qaz nəqli anlaşması var: «Bizə 50 milyon tondan artıq neft hasil etmək lazım deyil, Azərbaycanın ərazisi və əhalisi o qədər də böyük deyil. Biz bu vəsaitlə nəzərdə tutulan işləri görə bilirik».

Natiq Əliyev əlavə edib ki, onun ölkəsi dünya iqtisadi böhranın ağrısını çox hiss etməyib. O ümid edir ki, gələcəkdə də belə olacaq.

İclasda iştirak edən Ermənistan deputatlarının Azərbaycanın yalnız neft resursuna üstünlük verməsi ilə bağlı sualının cavabında Dövlət Neft Şirkətinin təmsilçisi Akim Bədəlov deyib ki, onlar alternativ enerji mənbələrinə də böyük diqqət ayırırlar: «Azərbaycan neft və qaz ölkəsi kimi tanınsa da, digər enerji mənbələrini də unutmayıb. Ölkədə su, günəş və digər enerji mənbələrindən istifadə etmək məqsədilə 2020-ci ilə qədər dövlət strategiyası var».

**

Aprelin 4-nə qədər davam edəcək sessiyanın rəsmi açılışı aprelin 3-də olacaq.

Bu gün sessiyaya «Avronest» PA-nın İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşma və Avropa birliyi Siyasətləri ilə Uyğunluq üzrə Komitəsinin və Enerji Təhlükəsizliyi üzrə Komitəsinin Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitəsinin iclasları ilə start verilib.

Avropa Birliyinin genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti komissarı Stefan Fule aprelin 2-3-də Bakıda səfərdə olacaq. O, görüşlərində AB və Azərbaycan təmsilçiləri arasında əməkdaşlığın genişlənməsi ilə bağlı müzakirələr aparacaq.

AB-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, Stefan Fule prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, müxalifət partiyalarının nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və insan hüquqları müdafiəçiləri ilə görüşəcək.

Stefan Fule «Avronest» Parlament Assambleyasının plenar sessiyasında çıxış edəcək.

«Avronest» «Şərq Tərəfdaşlığı» proqramına daxil olan ölkələr və AB tərəfindən ötən il yaradılıb. Məqsəd «Şərq Tərəfdaşlığı»na dəstək vermək və inkişaf etdirməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG