Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:01

Suriya müxalifətinin yaratdığı milli şura legitim təmsilçi kimi tanınıb


“Suriyanın dostları” qrupuna daxil olan ölkə və təşkilatlar İstanbul konfransında müxalifətin yaratdığı milli şuranı Suriya xalqının legitim təmsilçisi kimi tanıyıb.

Konfrans iştirakçıları Suriya prezidenti Bashar Assadı BMT-nin xüsusi elçisi Kofi Annanın təklif etdiyi sülh planının yerinə yetiriləməsinin vaxtını müəyyən etməyə çağırıb və müvafiq qətnamə qəbul ediblər.

Konfrans iştirakçıları həmçinin Suriya ordusunu xalqa atəş açmamağa, prezidentin bu cür əmrlərinə tabe olmamağa çağırıblar.

Müxalifətin yaratdığı milli Şura Bashar Assad rejiminə qarşı mübarizə aparan döyüşçülərə maaş veriləcəyini bəyan edib.

Səudiyyə Ərəbistanı və bir neçə Fars körfəzi ölkələri bu məqsədlə xüsusi fond yaradılacağını bəyan ediblər.
XS
SM
MD
LG