Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:29

Myanma müxalifətinin lideri Aung San Suu Kyi parlament seçkisində qalib gəlib


Myanmada (keçmiş Birma) parlamentdəki boş yerlərə keçirilmiş seçkidə müxalifət lideri Aung San Suu Kyi qalib gəlib.

O öz seçki dairəsində səslərin 82 faizini qazanıb.

Bu barədə müxalifətdə olan Demokratiya uğrunda Milli Liqanın nümayəndəsi xəbər verir.
Amma bu məlumat hələlik rəsmi dairələr tərəfindən təsdiqlənməyib.

Deputatların bir çoxu başqa vəzifələrə keçdiklərinə görə hazırda parlamentdə 45 boş yer var.

Müxalifətdə olan Azadlıq uğrunda Milli Liqa son 20 ildə ilk dəfədir ki, seçkiyə buraxılır.

Myanma rəhbərliyi son illər bir sıra islahatlar həyata keçirib.

Ölkədə yeni konstitusiya qəbul edilib, hərbi hakimiyyət mülki hakimiyyətlə əvəz edilib, yüzlərlə siyasi məhbus azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG