Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:29

Amil Avey. Bu gün həqiqətdi, o gün yuxuymuş


Amil Avey
Amil Avey
Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Amil Avey
(Alim Məmmədov)

O gün

Unuda bilmirəm sənli günləri,
Yaddaşım mənimlə inada düşüb.
Sinəmə həsrətin dağ-düyünləri,
Fikrimin gölünə bir ada düşüb.

Bu gün başqa gündü, bu gün gün deyil,
Bu gün yaşa dolub ahıllanıbdı.
O gün sərxoşluğum, dəli çağlarım,
İndi hamı deyir, ağıllanıbdı.

Zamanın qəribə qütbləri var,
Bu gün həqiqətdi, o gün yuxuymuş.
Dünyanın işləri nağıla oxşar,
Eh, biri varıymış, biri yoxuymuş.

O gün keçib getmiş qatardı bəlkə,
Havada burulan tüstüsü qalıb.
O gün sönmüş ocaq, qaralmış ocaq,
Bə niyə bu qədər istisi qalıb?


İşini

Hər anın bir hökmü, bir qərarı var,
Axşama qoymayaq gündüz işini.
Sinəmə söz gəlib yenə bir qatar,
Gecikdirmə qələm, kağız işini.

Mən alışıb yanan, sən külüm çəkən,
Görməyibsən belə sən zülüm çəkən.
Mən payız meyvəsi, sən dilim kəsən,
Kəs, qışa saxlama payız işini.

Gözün hal qoymayıb ürəkdə, canda,
Oxun kamandadı, sinəm nişanda,
Könüllü seçmişik iş paylananda
Mən ürək işini, sən göz işini.

Sevən necə Kərəm, Qərib olmasın?
Qoy belə dərd olsun, təbib olmasın.
Yaxşı bacarırıq, tərif olmasın,
Mən kabab işini, sən köz işini.

Dünya vəfasızdı, dərk eləmədik,
İstəyi göyərdib görk eləmədik,
Ömür gəlib keçdi, tərk eləmədik
Mən həsrət işini, sən naz işini.

Amil baş əymədi tale yazana,
Bir asi yarandı dövrə, zamana,
Düşmə zülm etməkdən başqa gümana,
Dolaşığa salma sən düz işini.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG