Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:15

«Vətəndaş Koalisiyası» regionlara səfərə başladı


İki gənclər təşkilatı tərəfindən bu günlərdə təsis edilən «Vətəndaş Koalisiyası» Oğuzda ilk görüşünü keçirib. Bu barədə AzadlıqRadiosuna məlumat verən koalisiyanın həmtəsisçilərindən biri olan Zaur Əkbərin sözlərinə görə, onların regionda yaşayan gənclərlə ilk görüşləri baş tutub: «Koalisiyanın məqsədi bölgələrdə yaşayan gənclərin ölkənin həyatında fəal iştirakına nail olmaqdır. Biz gəncləri də dinlədik və onları maraqlandıran mövzularda təlimlər keçirəcəyik».
Zaur Əkbər deyib ki, gənclər dövlət qurumlarına ərizə yazmaq qaydalarını, təşkilat yaratmaq və liderlik bacarıqlarını orta qoymaq yollarını öyrənmək istədiklərini bildiriblər.
«Vətəndaş Koalisiyası» növbəti görüşünü Şəki gəncləri ilə keçirəcək.
XS
SM
MD
LG