Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:16
Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Xatirə Nurgül


YALNIZLIĞIMSAN

(Nazim Hikmətə)


Sən mənim yalnızlığımsan
nə sevə bilirəm
nə ayrıla
Yaşlı gözlərimi,
dağınıq saçlarımı,
tənha əllərimi də götürüb
Hüzünlü kölgənə doğru
yıxıla-dura gəlirəm...


QADINLAR GÖZLƏMƏYI BILƏR

Sən dənizdən gəldin bir zaman
bilirəm
bir gün dənizə qarışacaqsan
ya da alıb dənizi də qaçacaqsan
sudan yapılmış dünyana

sahildə səni gözləyəcəyəm
qadınlar gözləməyi bilər yalnızca
qadınlar sevməyi bilər yalnızca
qadınlar darıxmağı bilər yalnızca

durub dəniz nəğmələri oxuyacağam
evə qayıdanda da dəniz qoxuyacağam
sənə oxşayacağam bir az
qadınlar oxşamağı bilər yalnızca

qara libaslarla bürünüb qaranlığa
kor sanacağam özümü
şəklini cizəcək baxışlarım
yumulu gözlərimin içinə

qadınlar ağlamağı bilər yalnızca
qəfil bir ağlayış yuyacaq
cizgilərini gözlərimdən

yenə sulara qarışacaqsan
ya da
alıb göz yaşlarımı da
qaçacaqsan.

Günün bütün mövzuları

XS
SM
MD
LG