Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11
Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Rəfail Tağızadə


sən

süzüb аyаqdаn bаşаcаn
baxıb dоdаqdаn qаşаcаn
səni gözlərimə yеdirdəcəyəm
sоnrа dа
оturub аynа qаbаğındа
könlümə köçürəcəyəm...


Harada qalmısan

Külək dağıdardı meşənin telin,
yarpaqlar gizlincə öpüşərdilər,
sən baxıb üzümə gülümsəyərdin,
bilərdim, bilərdim, nə istəyərdin.
Arabir görünən aydan utanıb
qoluma girərdin, üzüaşağı
gedərdik hardasa bir gizlin yerdə
dünyanın qəmindən uzaqlaşardıq...
Külək tellərini daraqlayardı,
külək məni yaman qabaqlayardı.
Mən səni köksümə sıxardım ki, bəs,
külək tellərini daraqlamasın,
yanımda o səni qucaqlamasın.
Indisə küləkdən yan qaçıram ki,
ötən günlərimi varaqlamasın,
çatıb məndən səni soraqlamasın.

Meşə həmin meşə, çəmən o çəmən...
yenə yavaş-yavaş əsəcək külək,
atılan püşklərin o tərs üzü tək,
indi zamanımı günahkar bilək?!

O ay da gizlənib, yağacaq yağış,
ağac görən kimə çətirin salmış.
Hardan yağdırıldı üstünə qarğış,
sən harda qalmısan, a tənha qalmış?!

O axşam qaranlıq ayırdı bizi,
qaranlıq gecədə işığa düşmüş
gözlərtək görmədik bir-birimizi.
Sən ayrı, mən ayrı, bu tək dünyada,
harada qalmısan, indi harada.

Günün bütün mövzuları

XS
SM
MD
LG