Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:51

Tailandda törədilmiş partlayışlarda 13 adam ölüb


Son məlumata görə dünən Tailandın cənubunda törədilmiş partlayışlarda 13 nəfər ölüb, 500-dən çox adamsa xəsarət alıb.

Yaralılardan 160-a yaxını xəstəxanaya götürülüb.

Şənbə günü Yala şəhərinin mərkəzində dalbadal iki maşın partladılıb.

Bir saat sonra isə turist şəhəri olan Xahtyayda partlayış baş verib.

Hakimiyyət hesab edir ki, bu hücumların arxasında radikal islamçı qrup drur.

Tailandın cənubunda radikal Malay islamçılarının hərbi bazaları var.

Onlar çoxluqda olan buddistlər tərəfindən represiyalara məruz qaldıqlarını deyirlər.

2004-cü ildən bu yana regionda gedən toqquşmalarda bir neçə min adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG