Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:41

Müsəlman Qardaşları hərəkatı prezidentliyə namizədini irəli sürüb


Misirdə Müsəlman Qardaşları hərəkatının Azadlıq və Ədalət partiyası prezidentliyə namizədini irəli sürüb.

İş adamı olan Khairat al-Shater partiya rəhbərliyində maliyyə məsələlərinə baxır.

Bu yaxınlarda ölkədə keçirilmiş parlament seçkisində bu partiya qalib gəlib.

Partiya Konstitusiya şurasında da çoxluq təşkil edir.

Şuranın bir sıra liberal üzvləri son zamanlar onu tərk ediblər.

Buna səbəb ölkədə şəriət qanunlarının tətbiq edilməsilə bağlı bir sıra siyasi xadimlərin çıxışı olub.

Şərhçilər hesab edir ki, seçkilərdə islamçıların qalib gəlməsi ABŞ və İsraillə münasibətləri dəyişdirə bilər.

Misirdə prezident seçkisinin birinci mərhələsi bu ilin mayında keçiriləcək.
XS
SM
MD
LG